...

DÖVLƏT BANKLARININ ÖZƏLLƏŞDİRİLMƏSİ ÜZRƏ DÖVLƏT KOMİSSİYALARININ TƏRKİBİ AZƏRBAYCAN PREZİDENTİNİN FƏRMANI İLƏ TƏSDİQ OLUNACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2005 18:23 (UTC +04:00)

Dövlət banklarının özəlləşdirilməsi üzrə dövlət komissiyalarının tərkibi Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təyin ediləcək.İyunun 27-də bu barədə iqtisadi inkişaf naziri Fərhad Əliyev bildirib.Komissiya iştirakçılarının namizədliyi prezidentin müvafiq fərmanı ilə müəyyən ediləcək. "Komissiya çox yaxın günlərdə yaradılacaq" -deyə o bildirib.

Azərbaycan hökuməti artıq dövlət banklarında - Azərbaycan Beynəlcxalq bankı (dövlət payı - 50,2%) və tamamilə dövlətin olan Kapital Bank. özəlləşdirilmənin təşkili və keçirilməsi üzrə komissiyanın formalaşdırılmasına başlayıb.iqtisadi inkişaf Nazirliyinin və özəlləşdirilən bankların nümayəndələri ilə yanaşı komissiyanın tərkibinə həmçinin maliyyə nazirliyinin və Azərbaycan Milli bankının nümayəndələrinin də daxil edilməsi planlaşdırılır. Komissiya AMB və Kapital Bank -da dövlət payının özəlləşdirilməsinin müddətini və sxemini müəyyən edəcək.Mümkün satış sxemləri arasında özəlləşdirilən bankların təkrar kapitallaşdırılması da nəzərdən keçiriləcək.

Dövlət banklarının özəlləşdirilmə sxemi martın 1-dən ölkə prezidentinin "Azərbaycan bank-maliyyə sistemi islahatlarının inkişaf etdirilməsinə dair əlavə tədbirlər haqqında" fərmanına müvafiq olaraq dəyişdirilib.Fərman üzrə AMB-da dövlət payı (50,2%) bankın nizamnamə kapitalında dövlət payının tədricən azaldılması (özəlləşdirilmə) yolu ilə özəlləşdiriləcək.Özəlləşdirilmə ya dövlət payının bölünməsi, ya onun hissə-hissə satışı yaxud da aksiyaların əlavə emissiyası yolu ilə aparılacaq.Aksiya paketi satışının qiyməti (istər ölkə daxilində, istərsə də beynəlxalq maliyyə bazarlarında) bazarın mövcud vəziyyəti, nüfuzlu beynəlxalq auditor şirkətlərinin biri tərəfindən təsdiq olunmuş hesabat dövrü son satış anında bank yekunları nəzərə alınmaqla müəyyən edilir.Akçsiyaların təklif olunduğu alıcı yaxud alıcılar Azərbaycanın iqtisadi maraqlarına müvafiq olmalıdır və hər bir aksiya paketinin satışına dair qərar ölkə qanunvericiliyinə əsasən qəbul edilir.

Kapital Bank (keçmiş BUSBank) üçün də həmin sxem qəbul edilib, amma dövlətin iştirakı olmadan yerləşdirilməsi keçiriləcək aksiyaların əlavə emissiyası hesabına bankın nizamnamə kapitalının 2 dəfə artırılması yolu ilə dövlət payı aksiyalarının 50%-dək azaldılması onu qabaqlayacaq.

Komissiya həmçinin KPMG şirkəti (Credit Commerciale de France ilə birgə fəaliyyət göstərir) və Ernst & Young-a müvafiq olaraq AMB və Kapital Bank -ın özəlləşdirilməsi üzrə məsləhətçilərin saxlanılması yaxud yeni məsləhətçilərin seçilməsi məsələsini həll edəcək.

Xəbər lenti

Xəbər lenti