...

SƏRMAYƏDARLAR AZERBAIJAN QAZ EMALI SC-NİN ÖZƏLLƏŞDİRİLMƏSİ ÇƏRÇİVƏSİNDƏ FƏAL DEYİL

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2005 17:25 (UTC +04:00)

Sərmayəçilər hələlik Azerbaijan Qaz Emali SC-nin (SC qaz emalı zavodu) özəlləşdirilməsinə maraq göstərmir. İqtisadi inkişaf naziri Fərhad Əliyev Trend agentliyinə bildirib ki, indiyədək həmin obyektin özəlləşdirilməsi üzrə tenderdə iştirak etməyə dair heç bir müraciət yoxdur.

Özəlləşdirməyə zavodun 87,14% aksiyası çıxarılıb.Qalan 12,86% zavodun işçiləri arasında bölüşdürülüb.

Tender təklifləri 2005-ci ilin iyulun 21-dək qəbul edilir, təkliflərin qiymətləndirilməsi iyulun 25-nə planlaşdırılıb.

Özəlləşdirilmə investisiya müsabiqəsi yolu ilə keçiriləcək, iştirakçılar 1 mlrd. manat bank zəmanəti təqdim etməli, qalib isə iqtisadi inkişaf Nazirliyinə 300 min özəlləşdirmə qəbzi təqdim etməli və həyata keçirməlidir.

Xəbər lenti

Xəbər lenti