...

BEYNƏLXALQ SOSİAL TƏMİNAT ASSOSİASİYASININ İLLİK KONFRANSI SENTYABRDA BAKIDA KEÇİRİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2005 12:17 (UTC +04:00)

Sentyabrda Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) illik konfransı keçiriləcək. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Trend xəbər agentliyinə məlumat verilib.

Məlumata görə, iclasda il ərzində görülmüş işlər, assosiasiya şurasının fəaliyyəti və s. məsələlər müzakirə olunacaqdır. Konfransda təşkilatın prezidentinin hesabat xarakterli çıxışı da nəzərdə tutulub.

Qeyd edək ki, 2004-cü ilin əvvəlində DSMF BSTA-ya tamhüquqlu üzv qəbul edilmişdir. Hazırda isə BSTA özündə dünyanın 148 dövlətindən 275 sosial müdafiə təşkilatını birləşdirir. 1927-ci ildə təsis edilmiş təşkilatın əsas məqsədi əhalinin sosial müdafiəsi sahəsində vahid siyasətin həyata keçirilməsindən, sosial sığorta sisteminin təkmilləşdirilməsindən və digər problemlərin həllinə yardım etməkdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti