...

PAKİSTAN MİLLİ BANKININ FİLİALININ AÇILIŞ MƏRASİMİNDƏ İŞTİRAK ETMƏK ÜÇÜN QURUMUN RƏHBƏRİ AZƏRBAYCANA SƏFƏR EDƏCƏKDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2005 12:37 (UTC +04:00)

İyulun 11-də Bakıda Pakistan Milli Bankının filialının açılış mərasimində iştirak etmək məqsədilə qurumun rəhbəri doktor İrşad Hüseynin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcəkdir. Bu haqda Pakistanın Azərbaycandakı səfiri Məhəmməd Hafez Trend ə eksklyuziv müsahibəsində bildirmişdir.

Onun sözlərinə görə, hazırda İstiqlaliyyət küçəsində yerləşən bankın filialının binasında son tamamlanma işləri aparılımaqdadır. "Bankın binası 3 mərtəbəli binada yerləşəcəkdir. Pakistan tərəfi filialın fəaliyyətə başlaması üçün təqribən 5 milyon dollaradək vəsait xərcləmişdir. Hesab edirəm ki, filal fəaliyyətə başladıqdan sonra Azərbaycanla Pakistan arasında olan iqtisadi əlaqələrin inkişafına öz layiqli töfhəsini verəcəkdir",- deyə səfir vurğulamışdır.

Xəbər lenti

Xəbər lenti