...

AZƏRBAYCAN, GÜRCÜSTAN VƏ QAZAXISTANIN NƏQLİYYAT NAZİRLƏRİ BAKIDA GÖRÜŞƏCƏKLƏR

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2005 12:43 (UTC +04:00)

İyulun birinci ongünlüyündə Bakıda Azərbaycan, Gürcüstan və Qazaxıstanın nəqliyyat nazirlərinin görüşü keçiriləcəkdir. Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Andar Şukputov Trend ə verdiyi eksklyuziv müsahibəsində bildirmişdir.

Onun sözlərinə görə, bu formatda üç ölkənin nəqliyyat nazirləri ilk dəfə olaraq bir araya gələcəklər.

"Hazırda Qazaxıstandan Azərbaycan vasitəsilə Gürcüstana, oradan isə Avropa və dünya ölkələrinə müxtəlif təyinatlı yüklər daşınmaqdadır. Nəqliyyat Nazirliyində keçiriləcək görüşdə yükdaşınmalarda tranzit haqları, eləcə də vahid tariflərin tətbiq olunmasının imkanları araşdırılacaqdır", - deyə Andar Şukputov vurğulamışdır.

Səfirin sözlərinə görə, hazırda diplomatik kanallarla görüşün vaxtı və gündəliyi üzərində dəqiqləşdirmələr aparılır.

Xəbər lenti

Xəbər lenti