...

AYİB YOL LAYİHƏSİNƏ $100 MLN AYIRIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2005 13:34 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası Bakı-Samur magistralının Sumqayıtdan Zarat qəsəbəsinədək olan hissəsinin maliyyələşdirmə layihəsinə $100 mln vəsaitin ayrılmasını bəyənib. Bankın yaydığı məlumatda bildirilir ki, AYİB bu layihəyə LIBOR+1% dərəcəsi ilə 15 ilə 3 illik güzəştli müddətlə kredit ayıracaq.

Bakı-Samur magistralının ümumi uzunluğu təxminən 197 km təşkil edir. AYİB onun 28-89 km-ni maliyyələşdirəcək. Qalan hissənin maliyyələşdirilməsi Çexiyanın Eximbank bankı tərəfindən gerçəkləşdiriləcək. Bu bank layihənin gerçəkləşdirilməsinə $180 mln həcmində LIBOR+0,6% dərəcəsi ilə 14 ilə 4 illik güzəştli müddətlə kredit ayıracaq. Layihənin ümumi məbləği təxminən $280 mln həcmində qiymətləndirilir.

AYİB-in yardımından AR Nəqliyyat Nazirliyinin Nəqliyyat-yol xidmətləri departamenti yararlanacaq.

Xəbər lenti

Xəbər lenti