...

ANTİİNHİSAR DEPARTAMENTİNƏ TURİZM BAZARININ İNHİSARLAŞMASI BARƏDƏ ŞİKAYƏTLƏR DAXİL OLUR

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2005 15:11 (UTC +04:00)

Azərbaycan İnkişaf Nazirliyinin antiinhisar siyasəti üzrə Departamentinin həyata keçirdiyi Azərbaycanın turizm sektorunda keçiririlən monitorinqi iyulun 1-də başa çatır. Bu barədə Trend ə məlumat verən Departamentin direktoru Rahim Hüseynov bildirib ki, yekun məlumat toplamaq üçün daha iki şirkətin işində monitorinq keçirmək zəruridir. Ümumilikdə, Azəraycanda hazırda 159 turist agentliyiynə xidmət göstərilir.

"Monitorinqin nəticələri ümumiləşdirilərək İqtisadi İnkişaf Nazirliyinə təqdim ediləcək. Onun keçirilməsində əsas məqsəd tələbatçıların hüquqlarına riayət olunmasının səviyyəsinin və bazarın bu sahəsində inhisarçılıq faktlarının müəyyən edilməsindən ibarətdir. Monitorinq başa çatana və onun yekunları ümumiləşdirilənə kimi onun nəticələrindən danışmaq hələ tez olsa da, biz artıq bu sektorda inhisarlaşma barədə bəzi şikayətlər almışıq ", - deyə R.Hüseynov qeyd edib.

R.Hüseynov onu da bildirib ki, monitorinqin keçirilməsinin nəticələrinə görə Xarici İşlər Nazirliyinə Azərbaycandakı müxtəlif ölkələrin səfirliklərinin konsul şöbələri tərəfindən turistlərə vizaların verilməsi proseduralarına toxunan məktub göndərilə bilər.

Qeyd edək ki, son vaxtlar turizm agentliklərinin müştəriləri arasında, eləcə də 15 ölkənin daxil olduğu Schengen zonasına daxil olan ölkələr tərəfindən turist vizalarının verilməsi təcrübəsi ilə bağlı narazılıqlar artır.Viza almaq üçün çox böyük miqdarda sənədlər, həmçinin, iş yerindən 1- 1,5 miylon manatdan az olmamaq şərti ilə əmək haqqı barədə arayış, hətta bəzi ölkələr daşınmaz əmlak üzrə mülkiyyət hüququnu təsdiq edən sənədlər tələb edirlər. Bundan başqa, sonradan sənədin verilməməsinə baxmayaraq, viza üçün haqq alındığı barədə faktlar da mövcuddur. Bu zaman ödənmiş pulu qaytarmaq, son dərəcə çətindir.

Xəbər lenti

Xəbər lenti