...

ƏMANƏTLƏRİN VƏ DEPOZİTLƏRİN SIĞORTALANMASI HAQQINDA QANUN LAYİHƏSİ İCRA APARATINA VERİLİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2005 11:27 (UTC +04:00)

Azərbaycan Milli Bankı əmanətlərin və depozitlərin sığortalanması haqqında qanun layihəsi üzərində işi başa çatdırıb. Milli Bankdan Trend ə verilən məlumata əsasən, qanun layihəsi müzakirə olunmaq və Milli Məclisə təqdim edilmək üçün Prezidentin İcra Aparatına verilib.

Hazırlıq çərçivəsində qanun layihəsinin beynəlxalq ekpertizası keçirilib (Almaniyanın KfW Yenidənqurma Bankı), eləcə də bank birliyinin (Azərbaycan Banklarının Assosiasiyası) rəyi nəzərə alınıb.
Azərbaycan Milli Bankı kapitalın adekvatlığı, likviditliyi və digər prudensial normalar üzrə tələblərin icrası zamanı fonda bankların iştirakına yol verəcək.

Əmanətlərin tam ödəniş həcmi adambaşı ümumi daxili məhsulun həcmi ilə əlaqələndiriləcək. Ödəmə əmanət və depozitlər üzrə istənilən valyuta ilə gerçəkləşdiriləcək. Qanunu 2005-ci ildə qəbul etmək planlaşdırılır. Maliyyə əməkdaşlığı haqqında AFR və Azərbaycan arasında imzalanmış hökumətlərarası sazişə (2003-2004) əsasən, KfW texniki dəstək üçün 1 mln avro qrant, Əmanətlərin Sığortalanması Fondunun ilkin kapitallaşması üçün isə 5 mln avro kredit ayıracaq.

Xəbər lenti

Xəbər lenti