...

BEYHƏLXALQ SIĞORTA ŞİRKƏTİ REGİOHLARDA FİLİALLAR AÇIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2005 11:58 (UTC +04:00)

Təsisçisi Azərbaycan Milli Bankı olan və 2002-ci ildə yaradılan Beynəlxalq Sığorta Şirkəti (BSŞ) 2005-ci ildən ölkə regionlarının fəal mənimsənilməsinə başlayır.

BSŞ-nin müşahidə şurasının sədri Xəyal Məmmədxanlının Trend ə verdiyi məlumata əsasən, üç il ərzində BSŞ institusional və struktur məsələləri ilə məşğul idi və indi regional şəbəkəni inkişaf etdirməyə hazırdır.

"2005-ci ildə Şəki, Gəncə və Lənkəranda filialların açılışı planlışdırılır. Ölkənin cənub regionunda, Mərkəzi Aran, Əli-Bayramlı, Naxçıvanda fililalların açılışı perspektivdədir", - deyə X.Məmmədxanlı bildirib.

BSŞ-nin payına ölkə sığortaçılarının nizamnamə kapitalının 44%-i düşür. MSŞ-nin $12 mln kapitalı var. Şirkət AZAL Sigorta -da 50% paya malikdir və yerli sığortaçılar arasında Inter Protect Re AG (İsveçrə) xarici sığorta şirkətinin yeganə təsisçisidir.

Xəbər lenti

Xəbər lenti