...

AZƏRBAYCAN, GÜRCÜSTAN VƏ TÜRKİYƏNİN NƏQLİYYAT NAZİRLƏRİNİN GÖRÜŞÜ TƏXİRƏ SALINIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2005 12:44 (UTC +04:00)

Qars-Ahalkalaki-Tbilisi-Bakı dəmiryolunun tikintisi layihəsi çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat nazirlərinin iyunun sonlarına planlaşdırılmış görüşü təxirə salınaraq avqustun birinci yarısına keçirilib. Bu barədə Trend ə Azərbaycanın nəqliyyat nazirliyndən məlumat veriblər. Bu üç ölkənin nazirlərinin cədvəlinin gərgin olması ilə əlaqədardır.

Hazırda Azərbaycanın, Gürcüstanın və Türkiyənin işçi qrupları qarşıdakı iclas zamanı imzalanacaq razılaşma sənədlərinin sonuncu variantını hazırlayırlar.

"Mayda bu ölkələrin prezidentləri Qars-Ahalkalaki-Tbilisi-Bakı dəmiryollarının tikintisində güclü təkan və əhəmiyyət kəsb edən layihə üzrə razılaşma imzalayıblar. Nazirlərin görüşü və sənədlərin imzalanması bu istiqamətdə qalmış bəzi məsələlri həll edəcək ", - deyə nazirlikdən bildiriblər.
İclasın gündəliyində texniki-iqtisadi, marketinq tədqiqatları, tərəflərin layihəni maliyələşdirməsi və dəmiryolunun maliyyələşdirilməsində maraqlı olan tikinti üzrə Birgə Müəssisələr (SC və ya konsorsium) yaradılmasına və yeni dəmiyol xəttlərinin istismara verilməsinə digər dövlətlərinin səhmdarlarını cəlb etmək kimi məsələləri müzakirəsi durur.

Yolların uzunluğu 98 km-dir. Onun 68 km Türkiyənin, 30 km isə Gürcüstanın ərazsinin payına düşüra. İlkin hesablamalara görə, layihənin reallaşdırılması üçün 400 milyon dollar tələb olunur.

Xəbər lenti

Xəbər lenti