...

BAKIDA AZƏRBAYCAN-QAZAXISTAN BİZNES-FORUMU BAŞLAYIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2005 14:12 (UTC +04:00)

İyunun 30-da Bakıda ikigünlük Azərbaycan-Qazaxıstan biznes-forumu öz işinə başlayıb. Trend in məlumatına görə, forumun keçirilməsində əsas məqsəd Azərbaycandan Qazaxıstana tərəvəz məhsullarının tədarükü cədvəlinin hazırlanmasıdır.

Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarovun sözlərinə görə, Azərbaycan Qazaxıstan üçün kənd təsərrüfatı məhsullarının tədarükçüsü olmaqla yanaşı, həm də Qazaxıstanın öz məhsullarını Gürcüstana, daha sonra Qara dəniz hövzəsi ölkələrinə ixrac etməsi üçün yaxşı nəqliyyat dəhlizidir.

M.Cabbarov həmçinin qazax nümayəndə heyətini Azərbaycanda biznes mühitinin inkişafı ilə tanış edərək, dövlətin kənd təsərrüfatı istehsalçılarını o cümlədən, onların torpaq vergisi istisna olmaqla digər vergi növlərindən azad edilməsi barədə məlumatlandıraraq qeyd edib ki, Azərbaycanda qeyri-neft məhsullarının ixracının illik artımı müşahidə olunur. Onun sözlərinə görə, 2004-cü ildə ölkədən MDB ölkələrinə qeyri-neft məhsullarının ixracı 2003-cü ilin analoji dövri ilə müqayisədə 2 dəfə artıb

"Mən həm Azərbaycan məhsullarının Qazaxıstana, eləcə də Qazaxıstan məhsullarının ölkəmizə tədarükünün həcminin genişlənməsi üçün potensialın olduğunu görürəm. Hazırda əsas məsələ işgüzar məsələlərin effektivliyini artırmaqdır. Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına sahəsində əməkdaşlığa gəldikdə isə, bu sahədə bizi təkcə Azərbaycan mallarının Qazaxıstana ixracı deyil, həm də bu sahədə qazax kapitalı ilə müəssisələrin yaradılması maraqlandırır ", - deyə M.Cabbarov bildirib.

Qazaxıstan nümayəndə heyətinin rəhbəri, bu ölkənin Sənaye və Ticarət Nazirliyi yanında turizm fəaliyyətinin və ticarətin nizamlanması üzrə Komitənin sədri Kayrbek Uskenbayev qeyd edib ki, Azərbaycan və Qazaxıstandakı ixracatçılar və idaxalçılar arasında daha sıx əlaqələrin qurulması üçün tədarükçünün onun mallarına tələbatın olomasına əmin olması vacibdir. O həmçinin qeyd edib ki, iki il ərzində iki ölkə arasında mal dövriyyəsinin həcmi 2,5 dəfə artıb və bir qayda olaraq300 milyon dollar təşkil edib ki, bu göstərici dinamik olaraq inkişaf edə bilər.

Səfərin sonuncu günü - iyulun1-də Qazaxıstandan olan sahibkarlar Qubaya gedəcəklər.

Xəbər lenti

Xəbər lenti