...

RUSİYANIN SƏRHƏD XİDMƏTİ KASPAR-IN GƏMİLƏRİNƏ KEÇİD ÜÇÜN İCAZƏ VERİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2005 16:44 (UTC +04:00)

Rusiyanın sərhəd xidməti Azərbaycan dövlət Xəzər dəniz gəmiçiliyinin (KASPAR) üç gəmisinə Volqa-Don kanalından keçmək üçün icazə verib. Bu barədə Trend agentliyinə gəmiçiliyin mətbuat katibi Vüqar Mirsadıq bildirib.

"Dünən axşam Rusiyanın sərhəd xidməti gəmilərə kanaldan keçmək üçün icazə verib.Gəmilər 8-10 gündən sonra Bakıda olacaq " -deyə V.Mirsadıq qeyd edib.

3 gəmi - "Maestro Hiyazi" (aprelin 24-dən), "Hatəvan" (mayın 3-dən) və "Rəsul Rza" (mayın 8-dən) - Azov dənizində keçid üçün icazəni gözləyirdi.Gəmiçilik bu gəmilərin hərəkətinin dayandırılması nəticəsində $1 mln itirib.

Xəbər lenti

Xəbər lenti