...

BAKIDA MDB ÖLKƏLƏRİNİN ANTİ-İNHİSAR SİYASƏTİ ÜZRƏ DÖVLƏTLƏRARASI ŞURASININ İCLASI KEÇİRİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2005 12:07 (UTC +04:00)

MDB ölkələrinin Anti-inhisar siyasəti üzrə dövlətlərarası şurasının növbəti iclası Bakıda keçiriləcək. AR İqtisadi İnkişaf Nazirliyinin Anti-inhisar siyasəti üzrə departamentinin rəhbəri Rəhim Hüseynovun Trend ə verdiyi məlumata əsasən, tədbir sentyabrın son ongünlüyünə planlaşdırılır.

"Paralel olaraq rəqabətli siyasət məsəlləri üzrə konfrans keçiriləcək. Hər iki tədbirin keçirilmə məqsədi həmin məsələlər ilə əlaqədar təcrübə mübadiləsi aparmaq və əməkdaşlığı inkişaf etdirməkdir", - deyə R.Hüseynov bildirib.

Qeyd edək ki, MDB ölkələrinin Anti-inhisar siyasəti üzrə dövlətlərarası şurasının son iclası iyunun 23-24-də Minskdə keçirilib.

Xəbər lenti

Xəbər lenti