...

"ŞAH İSMAYIL XƏTAİ" TANKERİ SUYA BURAXILIB"

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2005 14:25 (UTC +04:00)

Xəzər dəniz gəmiçiliyinin (XDG) sifarişi ilə Rusiyanın "Krasnoe Sormovo" zavodunda inşa edilən və 19619 layihəsi çərçivəsində üçüncü tanker olan "Şah İsmayıl Xətai" iyulun 3-də suya buraxılıb.

XDG-nin mətbuat katibi Vüqar Mirsadığın "Ternd" agentliyinə verdiyi məlumata görə, iki ay ərzində sınaqlar keçirilicək. Tanker sentyabra qədər Bakıya gətiriləcək.

Əvvəlcə tankerin aprelin əvvəli, mayın sonunda gətiriləcəyi planlaşdırılsa da, dünya bazarlarında metalın və enerji daşıyıcılarının qiymətinin bahalaşması layihənin həyata keçirilmə müddətinə də təsir edib.

Üçüncü belə tankerin əldə ediliməsi gəmçilkdə yük daşınmasının həcminin xeyli artmasına imkan verəcək.

12 yük daşıma tankı, hər iki bortunda ballast kameraları və ikiqat dibə malik olan "Şah İsmayıl Xətayi" neft və neft məhsullarının daşınması üçün nəzərdə tutulub və mülayim soyuq dəniz iqlimli rayonlarında il boyu üzmək qabiliyyətinə malikdir.

Onun qəza zamanı neft məhsullarının axmasının qarşısını alan ikiqat örtüyü var. Həmçinin bir neçə neft məhsullarının eyni zamanda daşınmasının mümkünlüyü də nəzərdə tutulub.

Gəminin uzunluğu 152 m, eni 17,3 m, bortun hündürlüyü 10,5 m, yük qaldırma qabiliyyəti 13,8 min ton təşkil edir. Tankerin dəyəri 13,5 mln dollardır. 19619 layihəsinin birinci gəmisi - "Prezident Heydər Əliyev" 2004-cü ilin noyabr ayında, ikinci gəmisi - "Babək" isə dekabr ayında istismara verilib. Hər iki gəmi TRACECA marşrutu üzrə hərəkət edir.

Xəbər lenti

Xəbər lenti