...

AZƏRBAYCANDA SƏNAYE İSTEHSALININ HƏCMİNDƏ ƏN YÜKSƏK ARTIM QEYDƏ ALINIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2005 17:22 (UTC +04:00)

(RBC) - MDB-nin hökumətlərarası Statistika Komitəsinin məlumatına görə, 2005-ci ilin yanvar-may aylarında 204-cü ilin yanvar-may ayları ilə müqayisədə Azərbaycanda sənaye istehsalında ən yüksək artım -19,4% qeydə alınıb.

Sənaye istehsalının artımına görə MDB ölkələri arasında 9-cu yeri - 3,6%, tutur. Gürcüstanda bu göstərici 10,9%, Belorussiyada- 10,6%, Tacikistanda - 7,9%, Qazaxıstanda - 7,2%, Ukraynada- 6,2%, Eromənistanda - 4,5%, Moldavada - 3,8% təşkil edir. Qırğıstanda isə sənaye istehsalının 8,1% aşağı düşməsi müşahidə olunub.

MDB ölkələri üzrə də sənaye istehsalının orta armımı 2005-ci ilin yanvar-may aylarında 5% təşkil edib. Statistika Komitəsinin materiallarında göstərildiyi kimi, sənaye istehsalının artım sürəti Birliyin əksər ölkələrində yavaşıyıb.

2005-ci ilin mayında həmin ilin aprel ayı ilə müqaüisədə Birlik üzrə sənaye məhsullarının istehsalının həcmi orta hesabla 5 faiz (2004-cü ilin may və aprel ayları ilə müqayisədə 3%) aşağı düşüb. İstehsalın artımı Azərbaycanda (2,6%), Ermənistanda (3,2 %), Belorusiyada (0,8 %), Gürcüstanda (0,7%), Tacikistanda (3,4%) müşahidə olunub.

Sənaye məhsullarının istehsal qiymətlərində ən yüksək artım 2005-ci ilin yanvar-may aylarında 2004-cü ilin yanvar-may ayları ilə müqayisədə Qazaxıstanda 22,9% müşahidə olunub. Tacikistan sənayesində qiymətlərdə 1,2% enmə müşahidə olunub.

Rusiyada sənaye məhsulları istehsalçılarının qiymətləri 2004-cü ilin yanvar-may ayları ilə müqayisədə 2005-ci ilin yanvar-may aylarında sənaye məhsulları istehsalçılarının qiyməti 19,5% artıb. Birlik ölkələrində orta hesabla 2004-cü ilin yanvar-may ayları ilə müqayisədə 2005-ci ilin yanvar-may aylarında sənaye məhsulları istehsalçılarının qiymətləri 20% (2004-cü ilin yanvar-may aylarında 19% olub) artıb.

MDB Statistika Komitəsinin məlumatında Türkmənistan və Özbəkistan üzrə araşdırmalar aparılmayıb.

Xəbər lenti

Xəbər lenti