...

HÖKUMƏT 2005-Cİ İLİN YEKUNLARINA ƏSASƏN ƏHALİNİN ADAMBAŞINA ÜDM GÖSTƏRİCİSİNİ $1275 HƏCMİNDƏ GÖZLƏYİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2005 18:02 (UTC +04:00)

2005-ci ildə Azərbaycan hökuməti ÜDM göstəricisinin sabit artımını gözləyir.Nazirlər Kabinetində Trend agentliyinə bildirilib ki, cari ilin yekunlarına əsasən, onun göstəricisi əhalinin adambaşına $1 275 təşkil edə bilər.

Bundan öncə bu göstəricinin proqnozu il üçün 5799,6 min manat ($1177,6) təşkil edirdi. 2005-ci ilin beş ayı ərzində ÜDM əhalinin adambaşına 2407 min manat ($495,4) təşkil edirdi ki, bu da 2004-cü ilin yanvar-may ayları ilə müqayisədə 14,9% çoxdur.

2024-cü ildə ÜDM göstəricisinin əhalinin adambaşına $6000 çatacağı planlaşdırılır.

2004-cü ildə Azərbaycanda ilk dəfə olaraq ÜDM göstəricisi əhalinin adambaşına $1000-ı ötüb və $1041 təşkil edib.

Xəbər lenti

Xəbər lenti