...

BU GÜNƏDƏK 118 MİNƏ QƏDƏR VERGİ ÖDƏYİCİSİ YENİ VÖEN İLƏ QEYDƏ ALINIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2005 20:21 (UTC +04:00)

Bu günə qədər faktiki fəaliyyət göstərən vergi ödəyicilərinin 86,2%-i yeni 10 rəqəmli Vergi Ödəyicilərinin Eyniləşdirmə Nömrəsi (IÖEN) ilə uçota alınıb. Bu isə təqribən 118 min vergi ödəyicisinin yeni IÖEN ilə fəaliyyət göstərməsi deməkdir.

Bu barədəVergilər Nazirliyi mətbuat xidmətindən Trend xəbər agentliyinə məlumat verilib. Ierilən məlumata görə, iyulun 1-den IÖEN-i deyişmemiş və 9 rəqəmli IÖEN-lərdən istifadə edən vergi ödəyicilərinin maliyyə sənədləri icra üçün qəbul edilmir və həmin sənədlər etibarsız hesab edilir. Lakin belə ödəyicilərin IÖEN-lərini dəyişə bilmələri üçün heç bir məhdudiyyət yoxdur. Belə ki, vergi orqanları 2 gün ərzində IÖEN-i dəyişirlər.

Qeyd edək ki, "Azərbaycan Respublikası Iergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə" qanunun tətbiq edilməsi ilə bağlı ölkə prezidentinin fərmanında vergi ödəyicilərinin inventarlaşdırılması və onlara yeni IÖEN-lərin verilməsi işinin iyulun 1-dək başa çatdırılması nəzərdə tutulmuşdur.

Yeni IÖEN-lərin verilməsində əsas məqsədlərdən biri də faktiki fəaliyyət göstərən vergi ödəyicilərini müəyyənləşdirmək və "ölü müəssisələr"i ayırd etməkdir.

Xatırladaq ki, vergi ödəyiciləri iyulun 1-dən 9 rəqəmli IÖEN-lə çap etdirdikləri, lakin istifadə olunmamış ciddi hesabat blanklarını məhv etməlidirlər.

Xəbər lenti

Xəbər lenti