...

XƏZƏR GƏMİÇİLİYİNƏ MƏXSUS GƏMİLƏRLƏ 5,02 MLN TON XAM NEFT VƏ NEFT MƏHSULLARI NƏQL OLUNUB

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2005 13:01 (UTC +04:00)

Xəzər Dəniz Gəmiçiliyi (XDG) 2004-cü ilin yanvar-iyun aylarında nəql edilmiş 4,88 mln ton neftlə müqayisədə 2005-ci ilin yanvar-iyun aylarında 5,02 mln ton neft nəql edib (+2,9%).

Trend agentliyinin məlumatına əsasən, neft daşımalarının ümumi həcminin 2,004 mln tonunu (2004-cü ilin yanvar-iyun aylarında 1,284 min ton) Qazaxıstandan daşınmış neft və neft məhsulları, 1,404 mln tonunu isə (2004-cü ilin yanvar-iyun aylarında 1,573 mln ton) Türkmənistandan daşınmış neft və neft məhsulları təşkil edib.

Yanvar-iyun aylarında gəmiçiliyə məxsus tankerlərlə digər limanlara, xüsusilə İranın Neka və Nouşəhr limanlarına 2004-cü ilin beş ayı ərzində daşınmış 1,43 mln neft və neft məhsulları ilə müqayisədə 940,9 min ton, Rusiya istiqamətində (Mahaçqala) isə 2004-cü ilin yanvar-iyun aylarında daşınmış 0,6 mln neftlə müqayisədə 38,8 min ton neft məhsulları daşınıb.

Ümumiyyətlə, gəmiçiliyə məxsus gəmilər 2004-cü ilin yanvar-iyun aylarında daşınmış 6,97 mln ton neftlə müqayisədə 2005-ci ilin yanvar-iyun aylarında 6,7 mln ton yük daşıyıb.

Xəbər lenti

Xəbər lenti