...

PREZİDENT 2005-Cİ İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA QANUNA ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRİN QÜVVƏYƏ MİNMƏSİ HAQQINDA FƏRMAN İMZALAYIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2005 14:26 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev 2005-ci il üzrə AR dövlət büdcəsi haqqında qanuna əlavə və dəyişikliklərin qüvvəyə minməsi haqqında fərman imzalayıb. Trend agentliyinin məlumatına əsasən, əlavə və dəyişikliklər Milli Məclis tərəfindən 2005-ci ilin iyununda qəbul olunub.

Həmin əlavə və dəyişikliklərə görə, büdcə mədaxilini artırmaq məqsədilə ona 800 mlrd manatlıq korrektə ediləcək. Bunu Dövlət Gömrük Komitəsi, Azərlotereya və Vergilər Nazirliyindən gələn daxilolmaların artımı hesabına gerçəkləşdirmək planlaşdırılır.

Dövlət Gömrük Komitəsinin 300 mlrd manat artım (ƏDV+150 mlrd manat, aksiz + 20 mlrd manat, rüsum + 130 mlrd manat), Vergilər Nazirliyinin 470 mlrd manat (gəlir vergisi + 94, mənfəət vergisi + 356 mlrd manat, dövlət rüsumu + 20 mlrd manat), Azərlotereyanın payına 30 mlrd manat düşür.

Büdcə məxarici 1015 mlrd manat artacaq. Beləliklə, onun həcmi 11016 mlrd manat təşkil edəcək (planlaşdırılan 10 001 mlrd manat).

Büdcə defisitinin əlavə həcmi (+215 mlrd manat) dövlət qısamüddətli istiqrazlar və özlləşdirmədən gələn daxilolmalar hesabına ödəniləcək. 115 mlrd manatı DQK, 100 mlrd manatı isə dövlət mülkiyyətinin özlləşdirilməsindən gələn daxilolmaların hesabına ödəmək planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti