...

AZƏRBACYAN VƏ İTALİYANIN TİCARƏT SƏNAYE PALATASI ƏMƏKDAŞLIQ BARƏDƏ MEMORANDUM İMZALAYACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2005 17:22 (UTC +04:00)

Azərbaycanın Sənaye Tixarət Palatası İtaliyanın Ticarət-sənaye və kənd təsərrüfatı Palataları Birliyi əməkdaşlıq barədə memorandum imzalayacaq. Bu barədə Trend ə Azərbaycan TSP-nın vitse-prezidenti
Mehman Əhmədov məlumat verib.

Onun sözlərinə görə, sənəd iyulun 11-də Birliyin vitse-prezidenti Auqusto Stranesinin başçılıq etdiyi İtaliyanın ticarət missiyasının Azərbaycana səfəri gedişində imzalanacaq.

Səfərdə məqsəd hökumətin rəhbərləri və iqtisadi yönümlü ictimai strukturlarla görüş və ikitərəfli ticarət-əməkdaşlığın perspektivlərinin müzakirəsidir. Səfərin proqramına Xarici İşlər, İqtisadi İnkişaf və Kənd Təsərrüfatı Nazirliyinin rəsmi şəxsləri, Azərbaycan Sahibkarlar Təşkilatı Konfederasiyasının rəhbərləri ilə görüşlər daxildir.

Səfər çərçivəsində İtaliyanın Ticarət-sənaye və kənd təsərrüfatı Palatasının təqdimatının keçirələcyi Azərbaycan biznesmenlərinin iştirakı ilə "dəyirmi masa" təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti