...

DÖVLƏT ZƏMANƏTİ İLƏ ALINMIŞ KREDİTLƏR HESABINA HƏYATA KEÇİRİLƏN 2 LAYİHƏ ÜZRƏ AUDİTİN MÜDDƏTİ 20 GÜN UZADILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2005 17:43 (UTC +04:00)

Dövlət zəmanəti ilə alınmış kreditlər hesabına həyata keçirilən "Qaz sisteminin reabilitasiyası" və "Yenikənd Su Elektrik Stansiyasının tikintisi" layihələri üzrə Hesablama Palatası (HP) və Maliyyə Nazirliyinin (MN) birgə keçirdiyi auditin müddəti daha 20 gün uzadılıb.

Bu barədə HP-dən Trend xəbər agentliyinə məlumat verilib. Məlumata görə, auditin müddətinin bu dəfə uzadılmasının əsas səbəbi audit qrupuna tikinti işləri üzrə ekspertin daxil edilməsidir. Bu da layihələr çərçivəsində həyata keçirilən tikinti işləri üzrə də yoxlamaların aparılması ilə əlaqədardır.

Qeyd edək ki, bundan əvvəl də layihələr üzrə auditin müddəti yoxlamaların əhatəsinin genişlənməsi ilə əlaqədər 1 ay müddətinə uzadılıb.

Xatırladaq ki, MN və HP bu ilin sonuna qədər sözügedən 2 layihədən başqa aşağıdakı layihələrin həyata keçirilməsinə dövlət zəmanəti ilə alınmış kreditlərin xərclənməsinin tətişini aparacaqlar: "Özəl kəndli fermer təsərrüfatının yaradılmasına texniki yardım", "Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi", "İşğaldan azad olunmuş ərazilərin bərpası (2 layihə)", "Kənd rayonlarının inkişafı", "Böyük Bakının su təjhizatı sisteminin yenidən quluması (2 layihə)", "Xanarx kanalı (2 layihə)"

Xəbər lenti

Xəbər lenti