...

BTC-NİN İSTİSMARA VERİLMƏSİ AZƏRBAYCANIN NƏQLİYYAT SEKTORUNA MÜSBƏT TƏSİR EDƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2005 12:18 (UTC +04:00)

Azərbaycanın Nəqliyyat Nazirliyindən Trend agentliyinə verilən məlumata əsasən, Bakı-Tiflis-Ceyhan neft kəmərinin istismara verilməsi nəqliyyat sektorunun fəaliyyətinə, xüsusilə nəqliyyat dəhlizlərinin işinin təkmilləşdirilməsinə və infrastrukturun inkişafına müsbət təsir edəcək.

BTC-nin istismara verilməsi nəticəsində yük daşımalarının həcminin artması gözlənilir. Nəqliyyat Nazirliyinin hesablamalarına görə, 2005-ci ildə daşınmaların həcminin 122,4 mln ton olacağı nəzərdə tutulur ki, bu da 2004-cü illə müqayisədə 12% çoxdur. Həmçinin 2006-cı ildə artım tempinin 18,3 % (141,3 mln ton), 2007-ci ildə isə - 5,9% (149,7 mln ton) təşkil edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti