...

MİLLİ BANK İKİNCİ PROSPEKT ÇƏRÇİVƏSİNDƏ QEYDİYYATA ALINMIŞ NOTLARIN YERLƏŞDİRİLMƏSİNİ GERÇƏKLƏŞDİRİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2005 13:04 (UTC +04:00)

Azərbaycan milli Bankı ikinci prospektin birinci emissiyasını gerçəkləşdirib. Bakı Fond Birjasından Trend ə verilən məlumata əsasən, yerləşdirilən notların məbləği 13,208 mlrd manat təşkil edib.

Hərracda birjanın 6 üzvü iştirak edib. 19,258 mlrd manat həcmində sifarişlər 99,11% (gəlirlik 10,43%) - 99,15% (gəlirlik 9,96%) qiymət hüdudunda təqdim edilib. Kəsmə qiyməti Azərbaycan Milli Bankı tərəfindən 99,12% həcmində müəyyənləşdirilib. Orta ölçülmüş qiymət 99,13% təşkil edib. Notların ödəmə tarixi 2005-ci il avqustun 5-dir.

Beləliklə, hər iki prospekt hesabına nominal qiymət üzrə 505 mlrd manat olan emissiya elan olunub, lakin elan olunmuş həcmdən yalnız 288,245 mlrd manat və ya 57,078% cəlb olunub. Hərraca qoyulmamış birinci prospektin qalığı 10 mlrd manat təşkil edib.

2005-ci ilin sonuna AMB dövriyyədəki notların həcmini 200 mlrd manata çatdıracaq.

Xəbər lenti

Xəbər lenti