...

AQUSTİN KARSTENSİN RƏHBƏRLİK ETDİYİ BVF MİSSİYASI BAKIYA GƏLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2005 12:02 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) sərəncamçı direktor müavini Aqustin Karstens (Agustin Carstens) iyulun 21 Bakıya gələcək. Fondun Bakı nümayəndəliyindən Trend agentliyinə verilən məlumata əsasən, o, iyulun 23-nə kimi Azərbaycana gələcək BVF missiyasına rəhbərlik edəcək. Missiyanın tərkibinə Azərbaycan üzrə BVF missiyasının başçıları, BVF departamentinin Yaxın Şərq və Mərkəzi Asiya üzrə (MCD) mütəxəssisi Vitali Kramarenko, həmçinin Movsin Xan və Frits Zurburq daxil olacaq.

Bu səfər tanışlıq xarakteri daşıyacaq və sərəncamçı direktorun və onun müavinlərinin fondun ölkələri üzrə müntəzəm səfərləri çərçivəsində həyata keçiriləcək.

Səfər çərçivəsində prezident İlham Əliyev, baş nazir Artur Rəsizadə, bir sıra nazirlər və Azərbaycan Milli Bankının rəhbəri ilə görüşlər planlaşdıprılır.

Qeyd edək ki, yoxsulluğun azaldılması və inkişaf proqramı çərçivəsində Azərbaycan üzrə hesabla beşinci icmalın müzakirə edildiyi Beynəlxaq Valyuta Fondunun İcraçı Şurasının iyunun 24 baş tutmuş iclasının gedişində A.Karstens (Agustin Carstens) 2003-cü ildən Azərbaycan iqtisadiyyatının inkişaf tempinin ikiqat artım perspektivlərini, o cümlədən, inkişafın ekspansiv siyasətinə reaksiya olan inflyasiyanın ikiqat artmasını qeyd edib. "Gələcəkdə vergi-maliyyə sektorounda islahatların aparılması, dövlət müəssisələrinin korporativ idarə olunması və onların üzərinə vergi qoyulması, işgüzar mühitin və idarəetmənin inkişafı vacibdir", -deyə o, bildirib.

Xəbər lenti

Xəbər lenti