...

AVROPA KOMİSSİYASININ NÜMAYƏNDƏLƏRİ YENİ QONŞULUQ SİYASƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ ETMƏK ÜÇÜN BAKIYA GƏLİRLƏR

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2005 17:16 (UTC +04:00)

Yeni qonşuluq siyasəti çərçivəsində fəaliyyət planının ilkin variantını müzakirə etmək üçün Avropa Komissiyasının nümayəndələri iyulun ortalarında Bakıya gəlir. Tacis Əlaqələndirmə bürosunun icraçı direktoru Əsgər Ələkbərovun Trend informasiya agentliyinə bildirdiyi kimi, artıq Azərbaycanın Brüsseldəki səfirliyindən müvafiq nota göndərilib. Səfər iyulun 16 üçün nəzərdə tutulub, lakin onun dəqiqləşdirilməsi də mümkündür.

Ə. Ələkbərovun sözlərinə görə, yeni qonşuluq siyasəti çərçivəsində ənənəvi və yeni istiqamətlər üzrə əməkdaşlığın həyata keçirilməsi planlaşdırılır. Xüsusilə, ənənəvi istiqamətlərə demoktarik islahatların dəstəklənməsi, məhkəmə islahatı, insan hüquqlarının müdafiəsi, ticarət əlaqələri, ÜTT-ə daxil olarkən yardım, nəqliyyat və energetika sahəsində əməkdaşlıq, qanunun aliliyinin möhkəmləndirilməsi, korrupsiya ilə mübarizədə kömək, seçki sisteminin yaxşılaşdırılması, narkotik maddələr və traffikinqlə alverlə mübarizə, sərhədin mühafizəsi və polisin güclənddirilməsi, miqrasiya məsələlərinin nizamlanması, yoxsulluğun azaldılması probleminin həlli, struktur islahatlar, investisiya layihələrinin şəffaflığı, kiçik və iri sahibkarlığın dəstəklənməsi, vergi və gömrük sisteminin modernləşdirilməsi, hüquqi tənzimləmə və inzibatçılıq, investisiya və ticarətdə maneələrin aradan qaldırılması daxil ediləcək.

Ə. Ələkbərovun sözlərinə görə, Avropada təhsil, mədəniyyət, mühafizə və s. sahələrdə həyata keçirilən ictimai proqramlarda vətəndaş cəmiyyətinin azərbaycanlı nümayəndələrinin iştirakını nəzərdə tutan "İnsanlar arasında əlaqələr" yeni qonşuluq Siyasətinin yeni istiqaməti olacaq.

Həmçinin, cari ilin sonu üçün fəaliyyət planı işlənəcək və yeni proqramın büdcəsinin hazırlanması başa çatacaq.

Xəbər lenti

Xəbər lenti