...

DAĞISTANDA BAŞ VERƏN HADİSƏ AZƏRBAYCAN DÖVLƏT DƏMİRYOLUNUN CƏDVƏLİNƏ TƏSİR GÖSTƏRMƏYİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2005 17:45 (UTC +04:00)

Dağıstanda baş vermiş hadisə Azərbaycan Dövlət Dəmiryoluna (ADDY)məxsus Bakı-Yekaterinburq reysi ilə hərəkət edən sərnişin qatarının cədvəlinə təsir etməyib. Bu barədə Trend ə ADDY Sərnişin Daşınmaları İstehsalat Birliyinin rəisi Elyar Muradov məlumat verib.

Bu gün səhər tezdən Mahaçqala-Tarki dəmiryolu ilə hərəkət edən yük qatarının elektrovozunun altında müəyyən edilməmiş partlayıcı qurğu partlayıb. Ölən və yaralananlar yoxdur.

Onun sözlərinə görə, baş verən hadisəyə görə qatarın saxlanılmasına baxmayaraq, qısa müddətdən sonra yolun ziyan dəyməmiş tərəfində hərəkət bərpa olunub. E.Muradov qeyd edib ki, qatar Yekaterinburqa cədvələ müvafiq olaraq çatacaq.

Xəbər lenti

Xəbər lenti