...

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ DAŞQINLARIN QARŞISININ ALINNMASI ÜZRƏ LAYİHƏ HƏYATA KEÇİRMƏYİ PLANLAŞDIRIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2005 12:47 (UTC +04:00)

Azərbaycan Kənd Təsərrüfatı naziriliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı agentliyi daşqınların qarşısının alınmasına yönəldilmiş layihə həyata keçirməyi planlaşdırır. Agentlikdən Trend -ə verilən məlumata əsasən, hazırda bu istiqamətdə işlər aparılır.

Agentlikdən layihədə regionlarda daşqınlarının qarşısının alınması üçün torpaq bəndlərin tikilməsinin nəzərdə tutulduğu bildirilib.

Layihənin dəyəri 30 mln dollardır və o, Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdiriləcək.

Bundan başqa, agentlikdə Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Fizuli, Goranboy, Şəki, Qax, Zaqatala, Tovuz, Şəmkir, Balakən, Samux və İmişli rayonlarının su ilə təmin olunmasının yaxşılaşdırılması məqsədi ilə 28 quyunun qazılması üzrə işlər aparılır.

Qeyd edək ki, quyuların qazılması Nazirlər Kabinetinin 1 fevral 2005-ci il tarixli sərəncamına əsasən dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti