...

AZƏRBAYCANDA BANK SİSTEMİNİN İNKİŞAFINA HƏSR OLUNMUŞ 2-Cİ BEYNƏLXALQ KONFRANS OKTYABRDA KEÇİRİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2005 19:42 (UTC +04:00)

Azərbaycanda bank sisteminin inkişafına həsr olunmuş 2-ci beynəlxalq konfrans bu ilin oktyabrında keçiriləcəkdir. Bu barədə tədbirin təşilatçılarından biri olan "Azərbaycan-Türkiyə İş Adamları Birliyi"ndən Trend xəbər agentliyinə məlumat verilib. Verilən məlumata görə, artıq konfransın keçirilməsi üçün təşkilat komitəsi yaradılıb.

Təşkilat komitəsinə ATİB-dən başqa Azərbaycan Milli Bankı, Azərbaycan Banklar Assosiasiyası, Türkiyə Banklar Birliyi, həmçinin Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Amerika-Azərbaycan Ticarət Palatası daxildir. 2-ci konfransın "Azərbaycanda bankçılığın və regionların inkişafı" mövzusuna həsr olunması nəzərdə tutulub.

Qeyd edək ki, "Azərbaycanda bank sisteminin inkişafı" mövzusunda 1-ci beynəlxalq konfrans 2003-cü ilin noyabrında keçirilmişdir.

Xəbər lenti

Xəbər lenti