...

ATİB İLƏ AZƏRBAYCAN-RUSİYA İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATI ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA MEMORANDUM İMZALANACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2005 19:45 (UTC +04:00)

İyulun 11-də Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) ilə Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq Təşkilatı (ARİƏT) arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq. Bu barədə ATİB-dən Trend xəbər agentliyinə məlumat verilib.

Verilən məlumata görə, memorandumu ATİB adından təşkilatın idarə heyətinin sədri Ahmet Erentok, ARİƏT adından isə qurumun idarə heyətinin sədri İntiqam Hüseynov imzalayacaq. Memorandumun imzalanmasında əsas məqsəd isə 3 ölkənin iş adamları arasında birgə əməkdaşlığın qurulmasıdır.

Qeyd edək ki, bu ilin payızında ölkədə ATİB tərəfindən hazırlanmış TAR (Türkiyə-Azərbaycan-Rusiya) konsepsiyasının həyata keçirilməsinə başlanacaq. Bu konsepsiyada Türkiyə və Rusiya iş adamlarının Azərbaycanda birgə layihələr həyata keçirməsi nəzərdə tutulub.

Bununla əlaqədar yaxın zamanlarda Rusiya və Türkiyədə konsepsiyanın həyata keçirilməsi ilə bağlı hər 2 ölkənin iş adamlarının görüşləri keçiriləcək. Görüşlərdə birgə həyata keçirilməsi nəzərdə tutulan konkret layihələr üzrə müzakirələr aparılacaqdır.

Xəbər lenti

Xəbər lenti