...

İMİŞLİ ŞƏKƏR ZAVODUNUN FƏALİYYƏTƏ BAŞLAMASI ÖLKƏNİN XARİCDƏN ŞƏKƏR ASILILIĞINI ARADAN QALDIRMAĞA İMKAN VERƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2005 19:48 (UTC +04:00)

Ölkədə yerli emal müəssisələrinin olmaması yetişdirilən şəkər çuğundurunun emal məqsədilə Türkiyə və İran zavodlarına göndirilməsinə səbəb olur. Lakin "Azərsun Holding" şirkəti tərəfindən İmişlidə inşa olunan Şəkər Zavodunun bu ilin oktyabrından fəaliyyətə başlaması ölkənin xaricdən şəkər asılılığını aradan qaldırmağa və xaricə valyuta axınının qarşısını almağa imkan verəcəkdir.

Holdinqin mətbuat xidmətindən Trend xəbər agentliyinə verilən məlumata görə, hazırda zavodda inşaat və montac işlərini sürətləndirmək məqsədilə 2 növbəli iş reciminə keçilib. Hal-hazırda köməkçi tikililərin inşası davam edir.

Bu işlərlə əlaqədar olaraq əlavə yerli podratçılar cəlb olunub. 2003-cü ildə tikintisinə başlanan və layihə dəyəri 70 milyon dollar olan Şəkər Zavodundakı texniki avadanlıqların böyük hissəsi Almaniyadan gətirilib.

Qeyd edək ki, ötən il ölkəyə 147 min ton şəkər idxal olunub. Bu isə adambaşına 18 kiloqram şəkər istehlak olunması deməkdir. Hazırda ölkəyə şəkər idxalı ilə 19 şirkət məşğul olur.

Xəbər lenti

Xəbər lenti