...

İYULDA ŞİMAL-QƏRB REGİONLARININ İNKİŞAFI LAYİHƏSİ ÜZRƏ IFAD-LA MÜQAVİLƏ İMZALANACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2005 14:24 (UTC +04:00)

İyulun ikinci yarısında Kənd Təsərrüfatı İnkişafının Beynəlxalq Fondu ilə (IFAD) Azərbaycanın şimal-qərb regionlarının inkişafı layihəsi üzrə razılaşma imzalanacaq.

Kənd Təsərrüfatı Nazirliyindən Trend ə verilən məlumata görə, bu məqsədlə iyulun 17-dən 19-na kimi Fondun nümayəndələrinin respublikaya səfəri gözlənilir.

Gözlənildiyinə görə, layihənin reallaşdırılması üçün 25 milyon dollar vəsait ayıracaq. Layihənin reallaşdırılması müddəti 5 ildir. Bu layihə Azərbaycanın şimal-qərb rayonlarını əhatə edəcək və 15 mindən artıq adamın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək. Müqavilənin imzalanmasından sonrakı iki ay ərzində işlər başlanacaq.

Nazirlikdə həmçinin onu da qeyd ediblər ki, artıq Fondun bəzi nümayəndələri Bakıdadır və onların səfərinin əsas məqsədi 5 rayonu əhatə edən "Azəobaycanın dağlıq və yüksək dağ rayonlarında kənd təsərrüfatının inkişafı" layihəsinin həyata keçirilməsi ilə tanışlıqdır.

Xəbər lenti

Xəbər lenti