...

AQROLİZİNQ KƏND TƏSƏRRÜFATI TEXNİKASININ ALINMASI NA DAİR İLK SAZİŞLƏRİ İMZALAYACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2005 12:26 (UTC +04:00)

Aqrolizinq ASC kənd təsərrüfatı texnikasının alınmasına dair ilk sazişləri imzalayacaq. Kənd Təsərrüfatı Nazirliyindən Trend agentliyinə verilən məlumata görə, imzalama ASC-nun birinci tenderinin qaliblərinin iştirakı ilə iyulun 12-də baş tutacaq.

Kənd təsərrüfatından bildiriblər ki, Çin şirkəti Xinjane ilə taxıl yığan kombaynların (210 ədəd), türk şirkəti Yamakoğlu İnshaat ilə təkərli traktorların (350 ədəd), türk şirkəti Koylu Tarimmakina Sanaye ve Ticaret Ltd şirkəti ilə traktora qoşulan kənd təsərrüfatı maşınlarının (584 ədəd), yerli Kometa V ltd şirkəti ilə mini texnikanın (traktor və ona qoşulan kənd təsərrüfatı texnikası - 20 ədəd) alınmasına dair sazişlər imzalanacaq.

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanda texnikanın tədarükü məsələsinə toxunaraq, bildiriblər ki, sazişlər bağlandıqdan 10 gün sonra texnikanın bir hissəsi ASC-ə veriləcək. "Ümumiyyətlə, kənd təsərrüfatı texnikasının ölkəyə idxalı 90 gün ərzində həyata keçirilməlidir", - deyə, Nazirlikdə bildiriblər.

Tenderdə Türkiyə, Çin, Ukrayna, İtaliya, Almaniya və s. kimi ölkələrdən 28 şirkət iştirak edib.

Xəbər lenti

Xəbər lenti