...

BAKIDA ATSC VƏ ARİƏP ARASINDA ƏMƏKDAŞLIĞA DAİR MEMORANDUM İMZALANIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2005 18:13 (UTC +04:00)

Trend agentliyi bildirir ki, iyulun 11-də Bakıda Azərbaycan-Türkiyə sahibkarlar Cəmiyyəti (ATSC) və Azərbaycan-Rusiya işgüzar əməkdaşlıq Palatası (ARİƏP) arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi ATSC idarə heyətinin sədri Əhməd Erentok və ARİƏP idarə heyətinin sədri İntiqam Hüseynov imzalayıb.

İ.Hüseynov qeyd edib ki, bu sənədin imzalanması Azərbaycan, Rusiya və Türkiyə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə imkan verəcək. "Bu istiqamətdə Azərbaycan katalizator rolunu oynaya bilər " -deyə o bildirib.

İ.Hüseynov bildirib ki, bu istiqamətdə işlərin təşkili üçün işçi qrupu yaradılacaq. "Türkiyə və Rusiya sahibkarlarının iştirakı ilə biznes-forumlar keçiriləcək " -deyə ARİƏP idarə heyətinin sədri bildirib.

Ə.Erentok qeyd edib ki, regionda əməkdaşlığın genişləndirilməsi üçün Avrasiya Holding təşkilatının yaxud Avrasiya investisiya fondunun yaradılması nəzərdə tutulur.

"Biz bu məqsədlə öz təkliflərimizi hazırlamışıq və bunun təqdimatını mart ayında Türkiyədə keçirmişik.Biz hesab edirik ki, bu fond regionda müxtəlif şirkətlərin investisiyalarını cəlb edə bilər və region üçün əhəmiyyətli olan konkret layihələrin həyata keçirilməsinə istiqamətləndirər.Biz istərdik ki, fondda ayrı-ayrı şirkətlər deyil, assosiasiyalar iştirak etsin.Bu, daha da səmərəli olardı " -deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti