...

AZƏRBAYCAN VƏ TÜRKİYƏ SAHİBKARLARINDAN İBARƏT NÜMAYƏNDƏ HEYƏTİ ŞİMALİ KİPRƏ SƏFƏR EDƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2005 18:43 (UTC +04:00)

İyulun 28-də Azərbaycan və Türkiyə sahibkarlarından ibarət nümayəndə heyəti Şimali Kiprə beşgünlük səfər etməyi planlaşdırır. Trend agentliyi xəbər verir ki, iyulun 11-də bu barədə Azərbaycan-Türkiyə iş adamları Birliyi (ATİB) idarə heyətinin sədri Əhməd Erentok bildirib.

"Türkiyənin baş nazirinin Azərbaycana səfərində Azərbaycanla Şimali Kipr arasında əməkdaşlığın genişləndirilməsi məsələsi ölkə prezidenti ilə müzakirə olunub.Biz bu tədbiri onların tapşırığının yerinə yetirilməsi çərçivəsində həyata keçiririk " -deyə o qeyd edib.

Ə.Erentok bildirib ki, Şimali Kiprə 75 nəfərdən ibarət nümayəndə heyəti yola düşəcək. "Səfərin ilk günü ölkə prezidenti, baş nazir, maliyyə, xarici işlər, iqtisadiyyat, turizm nazirləri və d. ilə görüşlər keçiriləcək.

"Səfərin məqsədi iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələrin aparılması olacaq.Müzakirələr 4 istiqamətdə - maliyyə və banklar, tikinti, turizm və kənd təsərrüfatı sahələrində aparılacaq.Səfər çərçivəsində iqtisadi forum, sərgi və s.keçiriləcək " -deyə o bildirib.

ATIB sədri qeyd edib ki, səfər çərçivəsində həmçinin Azərbaycanla Şimali Kipr arasında avia reysin açılması üzrə müzakirələr aparılacaq.Bu məqsədlə sazişin imzalanması gözlənilir.

Xəbər lenti

Xəbər lenti