...

ÇİRKLİ PULLARIN YUYULMASINA QARŞI BANKLAR VƏ HÜQUQ-MÜHAFİZƏ ORQANLARI ARASINDA QARŞILIQLI YARDIM OLMALIDIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2005 12:50 (UTC +04:00)

Çirkli pulların yuyulmasına qarşı banklar və hüquq mühafizə orqanları arasında qarşılıqlı yardım olmalıdır. Bu barədə 12 iyulda Bakıda " Çirkli pulların yuyulmasına dair beynalxalq standartlar" mövzusunda keçirilən seminarda ABŞ-ın Xəzinədarlıq departamentinin texniki yardımın həyata keçirilməsi üzrə baş məsləhətçisi Uilyam Gilliqan (William Gilligan) bilidirib. Milli Bank tərəfindən reallaşdırılan seminarda Azərbaycanda fəaliyyət göstərən özəl və dövlət banklarınını, Nazirlər Kabineti yanında pulların yuyulması və terrorçuluğun maliyələşdirilməsinə qarşı tədbirlər üzrə ekspert qrupunun, ABŞ-ın Xəzinədarlıq departamentinin mutəxəsisləri iştirak edib. Seminarın keçirilməsində məqsəd Azərbaycan ictimayətinə çirkli pulların yuyulmasının yollarını göstərmək, çirkli pulların yuyulmasına dair beynalxalq standartlarla tanış etmək, beynalxalq təcrubənin Azərbaycanda tətbiqinin yollarınını müzakirə etməkdir.

Uilyam Gilliqannın sözlərinə görə, çirkli pulların yuyulmasında banklardan geniş istifadə olunur. "Dunyada çirkli puların yuyulmasınını bir neçə mərhələsi mövcuddur. Qeyri qanuni yolla əldə olunan pullar maliyyə sisteminə yerləşdirilir və onlar ya mala, ya da əmtəəyə çevrilir. Bununla da pulun mənbəyi gizlədilir. Gəlirin mənbəyinini müvafiq qrumlardan yayındırılması üçün o qatılaşdırılır və ya təbəqələşdirilir. Belə ki, pulla müxtəlif bank əməliyatları aparılır" - o vurğulayıb.

Banklar öz müştəriləri haqqında məlumatların gizliliyini təmin edirlər. Lakin onlar muştərilərinin bank əməliyyatlərına nəzarət etməlidirlər. Bu səbəbdən dünyada "müştərini tanı" konsepsiyası hazırlanıb. Banklar şubhəli bilkdikləri müştərilərə dair məlumatları huquq mühafizə orqanlarına təqdim edərlərsə, bu, çirkli pulların yuyulmasına qarşı mubarizənini təmin edilməsinə yardım edər.

Mütəxəsis 1988-ci ildən dünyada çirkli pulların yuyulmasına qarşı müxtəlif konvensiyaların qəbul edildiyini qeyd edib. 1988- ci ildə qəbul edilən BMT-nin Viyana Konvensiyası narkotik və pisxotrop maddələrin qeyri- qanuni dovrüyyəsinə qarşı mübarizəni nəzərdə tuturdu. Bu konvensiyaya qoşulan hər bir ölkə elə bir qanun hazırlmamalı idi ki, bu göstərilən sahədən əldə olunan gəlirlərin musadirə edilməsinə imkan verə idi. Avropa Şurası 1989-su ildə hazırladığı Strasburq Konvensiyası isə daha geniş maliyyə və iqtisadi cinayətlərin qarşısını almağı əhatə edirdi. 2000-si ilə BMT tərəfindən yaradılan Polermo Konvensiyası digər iki konvensiyada nəzərdə tutulan metodlarla trans-milli mutəşəkkil cinayətkarlığa qarşı da mübarizə aparmağa imkan verdi. 2003-cü ildə ruşvətxorluğa qarşı konveniya qəbul edilib ki, bu da vəzifəli şəxslərin çirkli pulları ölkə xaricinə çıxarmasını, yuyulmasının qarşısını almagı nəzərdə tutur.

Dunyada elm və texnika inkişaf etdikçə, çirkli pulların yuyulmasına qarşı yeni- yeni metodların yarandığını deyən Uilyam Gilliqan buna qarşı mubarizənin təmin edliməsi üçün qanunvericiliyin də çevikliyi təmin edilməli olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti