...

İLİN ƏVVƏLİNDƏN BAŞLAYARAQ DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNUN GƏLİRLƏRİ 1,1 MLRD MANAT ARTIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2005 15:28 (UTC +04:00)

Cari ilin yanvar-iyun ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1164,5 mlrd manat təşkil edib, bu isə ötən ilin həmin dövrü ilə müqayisədə 192,3 mlrd manat və ya 19,8% çoxdur.

Fonddan Trend agentliyinə verilən məlumata əsasən, proqnoz özünü 100 % doğruldub.

Fonddan bildiriblər ki, sosial sığorta ödənişləri üzrə dərəcələrin azalmasına baxmayaraq, ilin əvvəlindən icbari sosial sığorta üzrə daxil olmalar keçən ilin analoji dövrü ilə müqayisədə 15,4% və ya 96 mlrd manat artaraq, 719,3 mlrd manat təşkil edib.

Büdcədən kənar təşkilatların analoji ödənişlər üzrə gəlirləri 461,6 mlrd manat təşkil edib ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 11,1% çoxdur.

Xərclərə gəldikdə isə, Fonddan bildiriblər ki, 2005-ci ilin yanvar-iyun aylarında bu göstərici 1141,9 mlrd manat təşkil edib. Bu rəqəm 2004-cü ilin həmin dövrü ilə müqayisədə 178 mlrd manat və ya 18,5% çoxdur.

Daxil olmaların səviyyəsi isə cari ilin yanvar-iyun aylarında bütün təqaüd və müavinətlərin vaxtında maliyyələşdirilməsiniə imkan verib.

Xəbər lenti

Xəbər lenti