...

TÜRK ŞİRKƏTLƏRİNİN AZƏRBAYCANIN İQTİSADİYATINA QOYDUQLARI İNVESTİSİYALAR 1,5 MLRD DOLLAR TƏŞKİL EDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2005 16:26 (UTC +04:00)

Türk şirkətlərinin Azərbaycanın iqtisadiyyatına qoyduqları investisiyaların ümumi həcmi 1,5 mlrd dollar təşkil edir. Bu barədə Trend agentliyinə İqtisadi İnkişaf naziri Fərhad Əliyev məlumat verib.

Onun sözlərinə görə, subpodratçı investisiyaların həcmi 1,2 mlrd dollara bərabərdir. "Hazırda Azərbaycanda 300-dən artıq türk şirkəti fəaliyyət göstərir və bu şirkətlərdə 5 min adam çalışır", - deyə, o bildirib.

Nazir qeyd edib ki, türk şirkətlərinin Azərbaycanda fəaliyyətləri iqtisadiyyatın əsas sektorlarını əhatə edir. "Lakin bəzi istiqamətlərin inkişaf etdirilməsi nəzərdə tutulur", deyə, F. Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti