...

ƏVVƏLLƏR PAYLANMIŞ ÖZƏLLƏŞDİRMƏ PAYLARINDAN 42,17% HESABDAN SİLİNİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2005 16:41 (UTC +04:00)

Hazırda əvvəllər əhaliyə paylanmış bütün özəlləşdirmə paylarının 42,17% -i hesabdan silinib. Trend in məlumatına görə, bu barədə iqtisadi inkişaf naziri Fərhad Əliyev məlumat verib. Onun sözlərinə görə, cari ilin 6 ayı ərzində 1 milyon özəlləşdirmə çeki və 50 min opsion məhv edilib.

Dövlət büdcəsinin hesabat dövrü ərzində özəlləhdirmədən 60 milyard manat həcmində vəsaitin keçiriləcəyi nəzərdə tutulmuşdu və müvafiq proqnoz yerinə yetirilib.

Cari il ərzində ölkədə alqı-satqı müqavilələrinin imzalandığı 5 özəlləşdirmə müsabiqəsi keçirilib. Altı ay ərzində özəlləşdirmə investisiyasının öhdəliklərinin yerinə yetirilməsinə myvafiq olaraq 4,3 milyon dollar həcmində investisiya qoyulub.

Hesabat dövründə həmçinin 26 pul hərracı keçirilib ki, bunun da nəticəsində 57 səhmdar cəmiyyətin səhmləri və 5 müəssisənin paylanmamış səhmlərinin qalığı satılıb.

2005-ci ilin yanvar-iyun aylarında əmlakın icarəyə götürülməsi üzrə Bakıda 486, dijər regionlarda isə 179 müqavilə imzalanıb. Bu dövrdə dövlət əmlakının icarəsindən büdcəyə 7,1 milyard manat vəsait daxil olub ki, bu da müvafiq altı aylıq proqnozdan 24% çoxdur.

Başa çatmış dövrdə Bakıda 191, digər regionlarda isə 108 müəssisənin özəlləşdirilməsi ilə bağlı sərəncam imzalanıb. Eyni zamanda Bakıda 268, regionlarda isə 108 qeyri-yaşayış obyekti özəlləşdirilib.

Xəbər lenti

Xəbər lenti