...

AZƏRBAYCAN XARİCİ SƏRMAYƏLƏRİN CƏLB EDİLMƏSİ VƏ ONLARIN QARŞILIQLI MÜDAFİƏSİ BARƏDƏ MÜQAVİLƏ İMZALAYIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2005 16:58 (UTC +04:00)

Azərbaycanın digər xarici ölkələrlə əməkdaşlıq etməsi üçün birinci növbədə hüquqi bazanın yaradılması zəruridir. Trend in məlumatına görə, bu böarədə jurnalistlərə iqtisadi inkişaf naziri Fərhad Əliyev məlumat verib.

Onun sözlərinə görə, bu günlərdə İqtisadi Əməkdaşlıq Təşkilatının ticarət nazirlərinin 3-cü iclasında iştirak etmək üçün Türkiyəyə səfəri zamanı bir sıra müxtəlif razılaşmalar imzalanıb.

"Bu müqavilələr arasında biz xarici investisiyaların cəlb edilməsi və onların qarşılıqlı müdafiəsi barədə də sənəd imzaladıq. Bildiyiniz kimi, bu təşkilatın bir sıra üzv ölkələrində həyat şəraiti aşağıdır.

Lakin onların böyük təbii ehtiyatları var və onların dənizə birbaşa çıxışı var. İstanbul görüşünün məqsədi ticarət münasibətlərinin genişləndirilməsi, yeni texnologiyaların cəlb etməklə iqtisadiyyatın inkişafı, rəqabət qabiliyyəti olan məhsulların istehsalı və s. məsələləri müzakirə etmək idi", - deyə nazir qeyd edib.

Qeyd edək ki, sözügedən tədbir iyulun 7-də keçirilib.

Xəbər lenti

Xəbər lenti