...

KORRUPSİYAYA QARŞI MÜBARİZƏ HAQQINDA QANUNA ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR MÜZAKİRƏ EDİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2005 11:56 (UTC +04:00)

İyulun 14-də Korrupsiyaya Qarşı Mübarizə Fondunun (KQMF) təşkilatçılığı ilə "Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu"na əlavə və təkliflər layihəsi"nin təqdimat mərasimi keçiriləcək.

Bu barədə Trend ə KQMF-un icraçı direktoru Vasif Mövsumov bildirmişdir. Onun sözlərinə görə, tədbirdə dövlət orqanlarının əməkdaşları, millət vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.

"Ölkədə korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlər, yaradılmış hüquqi baza təqdirəlayiq haldır. Bununla belə qanundakı bəzi boşluqlar onun işlək olmasını əngəlləyir. Toplantıda qanunun daha səmərəli və effektli olması ilə bağlı ölkənin tanınmış , peşəkar hüquqşünasları tərəfindən hazırlanmış təkliflər geniş müzakirə ediləcək",-deyə Vasif Mövsümov bildirib.

Onun sözlərinə görə, müzakirələrin yekununda toplantı iştirakçıları tərəfindən irəli sürülmüş təkliflər də nəzərə alınmaqla hazırlanmış yeni qanun layihəsi Azərbaycan hökumətinə, o cümlədən Milli Məclisə göndəriləcək.

Xatırladaq ki, toplantı Beynəlxalq Mətbuat mərkəzində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti