...

MONEY IAL –IN NÖVBƏTİ 18-Cİ PLENAR İCLASI NOYABR - DEKABR AYLARINDA KEÇİRİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2005 17:17 (UTC +04:00)

Çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı müqavimət üzrə təşkilatın (Money Ial) növbəti 18-ci plenar iclası cari ilin noyabr-dekabr aylarında keçiriləcək.

Bu barədə Trend ə Azərbaycan Milli Bankının (MBA) yanında çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə milli işçi qrupun nümayəndəsi Əliyar Məmmədyarov məlumat verib.

Onun sözlərinə görə, təşkilat mütəmadi olaraq Azərbaycanda müvafiq tədbirlərin həyata keçirilməsi barədə məlumatlar təqdim edir. "İclasın gedişində biz bu məsələ ilə bağlı geniş məlumat vermək niyyətindəyik ", - deyə o qeyd edib.

Ə.Məmmədyarov bildirib ki, Money Ial Azərbaycanla bağlı sonuncu qiymətləndirməni 2003-cü ildə keçirib. 2005-ci ilin yanvarında keçirilən 16-cı plenar iclasda Azərbaycan üzrə hesabat təqdim olunub ki, orada çirkli pulların yuyulması ilə bağlı müqavimət üzrə aparılan işlər çərçivəsində görülən tədbirlər öz əksini tapıb. Hesabat müsbət qiymətləndirilib.

İlkin qiymət İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının çirkli pulların yuyulması ilə mübarizədə maliyyə tədbirlərini hazırlayan Qrupun (FATF) yeniləşdiyi standarlarla ölkənin uyğun gəlib-gəlmədiyini aşkara çıxarmaq idi.

Həmin təhlil əsasında Azərbaycan FATF-ın standartlarına əsasən müvafiq gələn ölkələrin kateqoriyasına aid edildi. Beləliklə, Azərbaycan yeni "40+8" (pulların yuyulmasına müqavimət üzrə 40 və terrorizmin maliyyələşdirilməsinə müqavimət üzrə 8 standart) proseduralarından keçmiş ilk ölkə oldu.

Xəbər lenti

Xəbər lenti