...

İCAO AZƏRBAYCANIN ÖZ HAVA MƏKANINA NƏZARƏT ETMƏYƏ HAQQI OLDUĞUNU HESAB EDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2005 15:44 (UTC +04:00)

(QAFQAZ-PRESS) Beynəlxaq Mülki Aviasiya təşkilatının Avropa və Şimali Atlanta ofisinin (İCAO) nümayəndə heyəti Gürcüstan-Azərbaycan sərhədində 100 km-lik hava məkanına nəzarət edilməsində heç bir problem görmür.

Ofisin direktoru Karsten Tayl mətbuat konfransında bildirib, Azərbaycan müstəqil dövlət kimi özünün hava məkanına nəzarət etmək və öz ərazisində naviqasiya xidmətini təmin etmək hüququna malikdir.

İCAO isə bu məsələyə qarışa bilməz. Lakin onun sözlərinə görə, beynəlxalq təşkilat bütün problemləri aradan qaldıran hava yollarının planlaşdırılması mexanizmlərinə malikdir.

2001-ci ildə Azərbaycanın lazımi texnikaya malik olmaması ilə əlaqədar onun nəzarət etmək üçün Gürcüstana verdiyi 100 km-lik hava məkanı Gürcüstan və Azərbaycan arasında mübahisəyə səbəb olmuşdu. Bu ilin yazında Azərbaycan tərəfi bu hissəyə nəzarət edəcəyi barədə bildirib. Bu isə Gürcüstan üçün əlverişli deyil, çünki o, hər ay 1,5 mln dollar itirir.

Xəbər lenti

Xəbər lenti