...

NƏQLİYYAT NAZİRLİYİ BAKI DAİRƏVİ YOLUNUN TİKİNTİSİ LAYİHƏSİ ÜZRƏ TENDER KOMİSSİYASI YARADIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2005 16:01 (UTC +04:00)

Azərbaycan Respublikası nəqliyyat nazirliyində Bakı dairəvi yolunun tikintisi layihəsinin gerçəkləşdirilməsi çərçivəsində tender komissiyası yaradılıb.İyulun 14-də bu barədə AR nəqliyyat nazirinin müavini Musa Pənahov Trend agentliyinə bildirib.

Hazırda TİƏ-nın yolun dəqiq marşrutunun əks olunacağı son variantı işlənib hazırlanır.Layihənin dəyəri $17 mln artıb və hazırda onun dəyəri təxminən $45 mln. təşkil edir.

M.Pənahov bunu onunla izah edib ki, layihə TİƏ-nin birinci variantı 1997-ci ildə işlənib-hazırlanıb. "Ötən müddət ərzində tikinti materiallarının qiyməti dəyişib, yol ərazisində yeni obyektlər tikilib, kommunal xətlər salınıb və s.

Bunların aradan qaldırılması böyük vəsaitlər tələb edir.Bununla yanaşı ötən layihədə bütün yolların yox, yalnız bunun bir hissəsinin bərpası nəzərdə tutulurdu " -deyə o qeyd edib.

Azərbaycan tərəfi artıq layihənin maliyyələşdirilməsinə dair kredit sazişləri imzalayıb: Kuveyt fondu $14,6 mln, Əbu-Dabi Fondu - $10 mln. ayırır.Vəsaitin qalan hissəsini isə Azərbaycan hökuməti təmin edəcək.Həmin fondlar kreditləri 32 il müddətinə 2,5% ilə verib.

Xəbər lenti

Xəbər lenti