...

MUSA PƏNAHOV: TRASEKA DƏHLİZİNİN UNİFİKASİYA EDİLMİŞ TARİFİNİN İŞLƏNİB-HAZIRLANMASI VACİBDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2005 16:02 (UTC +04:00)

Avropa-Qafqaz-Asiya [(TRASEKA) nəqliyyat dəhlizinin marşrutu üzrə unifikasiya edilmiş tarifin işlənib-hazırlanması vacibdir.İyulun 14-də bu barədə Trend agentliyinə Azərbaycan Respublikasının nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

"Vahid tarifin müəyyən edilməsi çətin olacaq, belə ki, marşrutun başlanğıc və son nöqtəsi məlum deyil.Amma hər bir ölkənin tarifin müəyyən edilməsinə yanaşması razılaşdırılmış və şəffaf olmalıdır.

Yük daşıyıcıları və alıcıları marşrut üzrə müxtəlif yüklərin dəyərini bilməlidir.Biz yalnız bununla nəqliyyat dəhlizinə əlavə yüklər cəlb edə bilərik " -deyə o qeyd edib.

M.Pənahov deyib ki, Avropa-Qafqaz-Asiya dəhlizinə yüklərin cəlb olunması potensialı çoxdur. "Çində konteyner yüklərinin daşınması həcmi bir neçə milyon tonlarla qiymətləndirilir.

Bu yaxınlarda Rusiyanın nəqliyyat naziri bəyan edib ki, ölkənin konteyner yüklərinin daşınması üzrə potensiyalı 1,5 mln ton təşkil edir, amma hazırda cəmi 150 min ton daşınma həyata keçirilir.Bu, yüklərin böyük həcmini göstərir və bunun bir hissəsinin bizim marşruta cəlb edilməlidir " -deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti