...

AZƏRBAYCANIN AERGİLƏR NAZİRLİYİ VERGİ DAXİL OLMALARININ STRUKTURUNU AÇIQLAYIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2005 16:20 (UTC +04:00)

2005-ci ilin iyun ayında vergi daxilolmaları 606 583,5 mln manat təşkil edib. Vergilər Nazirliyindən Trend agentliyinə verilən məlumata görə, bu, 596 880 mln manata bərabər olan proqnoz göstəricisinin 101,6%-i təşkil edir.

Bu halda ƏDV yığımları proqnoz göstəricsinin 143,6%-ni və ya 223 648, 1 mln manat, aksizlər - 54 524,2 mln manat və ya 100,1%, gəlir vergisi - 87 493,8 mln manat və ya 65%, yeraltı sərvətlər vergisi - 28 204,8 mln manat və ya 64%, torpaq vergisi - 6 704, 6 mln manat və ya 99,3%, əmlak vergisi - 17 947 mln manat və ya 99,7%, fiziki şəxslərdən alınan gəlir vergisi - 149 145,4 mln manat və ya 137,4% (o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən tutulan gəlir vergisi - 1 914,7 mln manat), əmək haqqından tutulan vergi - 147 230,7 mln manat, rüsum - 15 777,3 mln manat və ya 134,8%, yol vergisi - 4 581,6 mln manat və ya 113,1%, sadələşdirilmiş vergi - 6 578,5 mln manat və ya 69% təşkil edib. Digər daxilolmalar isə 11 978,2 mln manata və ya proqnozun 24,2%-ə bərabərdir.

Xəbər lenti

Xəbər lenti