...

NƏQLİYYAT NAZİRLİYİNİN PROQRAMI NƏQLİYYAT İNFRASTRUKTURUNUN BƏRPASINI NƏZƏRDƏ TUTUR

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2005 17:20 (UTC +04:00)

Ölkənin nəqliyyat infrastrukturunun inkişaf Proqramı çərçivəsində Azərbaycanın ərazisində erməni işğalından azad edilmiş nəqliyyat infrastrukturunun bərpası nəzərdə tutulur.

Bu barədə Trend agentliyinə iyulun 14-də Azərbaycanın nəqliyyat naziri Musa Pənahov bildirib.

Onun sözlərinə görə, hazırda işğal altında olan ərazilərimiz azad ediləndən sonra bu regionlarda nəqliyyat infrastrukturunun bərpası üzrə işlər həyata keçiriləcək.

"Dövlət Proqramında müvafiq layihələrin hazırlanması nəzərdə tutulur.

Biz qısa müddət ərzində bu regionların nəqliyyat infrastrukturunun bərpasını nəzərdə tutan layihələr həyata keçirməyi planlaşdırırıq", - deyə, M. Pənahov qeyd edib.

Layihənin maliyyələşdirilməsi məsələsinə gəldikdə isə nəqliyyat naziri bildirib ki, hər hansı bir rəqəmdən danışmaq hələlik çox tezdir, belə ki, bunun üçün ilk növbədə infrastrukturun, xüsusilə avtomobil və dəmiryollarının vəziyyəti yoxlanılmalıdır.

Lakin bu işlərə böyük məbləğdə vəsait tələb olunur, çünki hazırda 5 000 km avtomobil yolu, 70 km-dən artıq dəmiryolları, həmçinin bir neçə körpü və nəqliyyat infrastrukturunun digər obyektləri işğal altındadır.

Xəbər lenti

Xəbər lenti