...

BİR SIRA DÖVLƏTLƏR QARS-AXALKALAKİ-TBİLİSİ-BAKI-NIN TRACEKA-YA BİRLƏŞDİRİLMƏSİNDƏ MARAQLI OLACAQLAR

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2005 17:43 (UTC +04:00)

Bir sıra dövlətlər layihənin həyata keçirilməsinin nəticələri üzrə Qars-Axalkalaki-Tbilisi-Bakı dəmiryol marşrutunun TRACEKA nəqliyyat dəhlizinə birləşdirilməsində maraqlı olacaqlar. Bu barədə Trend agentliyinə iyulun 14-də Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.

Onun sözlərinə görə, Rusiya, Qazaxıstan, Çin və Mərkəzi Asiya ölkələri bu dövlətlər sırasına daxildir, belə ki, bu marşrut daşımaların nəinki Azərbaycan və Türkiyə vasitəsilə Avropaya həyata keçirilməsinə imkan verəcək, həm də Aralıq dənizi hövzəsi ölkələrinə "darvaza" rolunu oynayacaq.

M. Pənahov bildirib ki, hazırda Qars-Axalkalaki-Tbilisi-Bakı dəmiryol marşrutunun TRACEKA nəqliyyat dəhlizinə birləşdirilməsi məsələsi üzrə Avropa İttifaqı ölkələri ilə danışıqlar davam edir.

Xəbər lenti

Xəbər lenti