...

KASPAR VƏ QAZAXISTANIN ŞİRKƏTLƏRİ ARASINDA RƏQABƏT OLMAYACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2005 18:20 (UTC +04:00)

Xəzərdə tankerlə neft daşınmaları üzrə KASPARla (Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi İdarəsi) Qazaxıstanın şirkətləri arasında rəqabət olmayacaq. Bu barədə Trend ə Aktau limanı korporativ inkişaf idarəsinin rəisi Dauren Kutpanbayev bildirib.

Onun sözlərinə görə, bu planda KASPARla qazax şirkətləri arasında münasibətlər (həm neft daşınmaları, həmçinin infrastrukturun yaradılması məsələlərində) uzunmuddətli və perspektivli tərəfdaşlıq əsasında qurulacaq.

Onun sözlərinə görə, yaxın vaxtlarda "Kazmunayqaz"ın törəmə şirkəti olan "Kazmortransflot" üçüncü və dördüncü tankerləri almaq niyyətindədir.

Bu yaxınlarda şirkət "Almata" və "Astana" adlı birinci və ikinci tankerləri alıb. Üçüncü tanker "Aktau" gəmisi olmalıdır. Tankerlərdən biri artıq Bakı və Aktau arasında üzür.

Öz növbəsində şəxsi "Mobileks" şirkəti də dörd analoji tanker barədə sifariş verib. Bununla şirkət öz tanker donanmasını sayını artıraraq 9-a çatdırmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti