...

MİLLİ BANK İKİNCİ PROSPEKT ÇƏRÇİVƏSİNDƏ QEYDİYYATA ALINMIŞ NOTLARIN ÜÇÜNCÜ EMİSSİYASINI YERLƏŞDİRİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2005 10:50 (UTC +04:00)

Azərbaycan Milli Bankı ikinci prospekt çərçivəsində (2005-ci ilin hesabatı üzrə 25) 50100310S qeydiyyat nömrəli qısa müddətli notların üçüncü emissiyasının yerləşdirilməsi üzrə hərrac keçirib. Trend agentliyinin məlumatına əsasən, yerləşdirmənin həcmi 10 mlrd manat təşkil edib.

Hərracda 4 birja üzvü iştirak edib. 19,906 mlrd manat həcmində sifarişlər 99,10%-dən (gəlirlilik - 10,22%) 99,14%-ə (gəlirlilik - 9,76%) qədər olan intervalda qiymət üzrə verilib. AMB-da kəsilmə xətti 99,14%, orta qiymət 99,14% təşkil edib. Notlar 2005-ci il avqustun 15-də ödənilməlidir.

Beləliklə, hər iki prospektin hesabına nominal dəyəri 525 mlrd manat həcmində emissiya elan olunsa da, yalnız 309,045 mlrd manat və ya 25 emissiyanın elan olunmuş məbləğinin 58,87%-i cəlb olunub. Birinci prospektin hərraca qoyulmamış qalığı 10 mlrd manat təşkil edib.

AMB 2004-cü il sentyabrın 14-də notların emissiyasına başlayaraq, keçən il 300 mlrd manat məbləğində emissiya prospektində 191747,4259 mln manat dəyəri olan 11 not yerləşdirib. Keçən il kəsmə xətti üzrə gəlirlilik dərəcəsi 0,2 faiz (4,7% illik), orta qiymət üzrə isə 0,42% (4,58%) artıb.

Xəbər lenti

Xəbər lenti