...

KÜVEYTİN İNFORMASİYA NAZİRİNİN MÜAVİNİ İNVESTİSİYALARIN CƏLB OLUNMASI VƏ MƏSLƏHƏTLƏŞMƏLƏR FONDUNUN RƏHBƏRLİYİLƏ GÖRÜŞƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2005 12:55 (UTC +04:00)

Küveytin informasiya nazirinin turizm məsələləri üzrə nazir müavini xanım Nəbilyə Mübarək Enzerin iyulun 15-də Azərbaycanın İnvestisiyaların Cəlb edilməsi və Məsləhətləşmələr Fondunun rəhbərliyi ilə görüş keçirəcək.

Fondun rəhbəri Emil Məcidovun Trend ə verdiyi ekzkluziv məlumata görə, görüşün gedişində Küveytin Azərbaycana investisiya qoymağa, eləcə də turizm sektoru ilə bağlı bir sıra məsələlrin planlaşdıralacağı planlaşdırılıb.

Həmçinin, E.Məcidovun Azərbaycan və onun investisiya imkanları barədə küveytli qonaqlar üçün təqdimat keçirəcəyi də nəzərdə tutulub.

Qeyd edək ki, bu Küveyt investisiyalarını Azərbaycana cəlb olunması üçün atılan ilk addım deyil. Bundan əvvəl bu məqsədlə Küveytdə Azərbaycan üzrə investisiya konfransı keçirilib.

Xəbər lenti

Xəbər lenti